...

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının nəticələri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 2 Sentyabr 2011 15:44 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 28-də ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirdiyi qəbul imtahanlarının nəticələrini açıqlayıb.
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının nəticələri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 28-də ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirdiyi qəbul imtahanlarının nəticələrini açıqlayıb. Komissiyadan cümə günü Trend-ə bildirilib ki, imtahan nəticələri TQDK-nın internet saytında yerləşdirilib.

Qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş 31 251 abituriyentdən 433 nəfəri imtahana gəlməyib. Abituriyentlərdən 52 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunublar.

Qəbul imtahanı avqustun 28-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmazda keçirilib.

Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 635 ixtisas üzrə 46 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 9642 plan yerindən 8449-u Azərbaycan bölməsinə, 312 yer rus bölməsinə, 881 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.

Abituriyentərdən 9227 nəfəri orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Qəbul olanlar sentyabrın 6-dan 14-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Xəbər lenti

Xəbər lenti