Azərbaycan, Bakı, 2 sentyabr /Trend/
Münhen Texnoloji Universitetinin mütəxəssisləri bilavasitə şişlərin artımını izləmək üçün şişlərin yaxınlığında yerləşdirilə biləcək mikroçip-sensor hazırlayıblar.
Trend-in məlumatına görə, cihaz yaxın toxumalardakı oksigenin səviyyəsini qiymətləndirir. Əgər onun konsentrasiyası azalarsa, şiş ehtimal ki, inkişaf edir.
Həmin məlumatlar naqilsiz kanalla həkimin kompüterlə birləşdirilmiş cib cihazına ötürülür. Nəticədə tez-tez skan etmək ehtiyacı aradan qalxır. Gələcəkdə alimlər sensoru xərçəng əleyhinə preparatlardan azad edən vasitə ilə də təchiz etmək istəyirlər. İxtiraçıların sözlərinə görə, bu, müalicəni daha effektiv və daha az aqressiv edəcək.
Belə cihazlar şişin əməliyyat üçün çox çətin olan yerdə olduğu zaman xüsusilə əlverişli olur. Misal üçün: fəqərə sütununa yaxın yerdə. Əgər şiş ləng böyüyürsə, xəstə artıq qocadırsa, onda sinirlərin zədələnməsi riskini diqqətə alaraq, şişi götürməyin ümumiyyətlə mənası yoxdur.
Alimlərin qiymətləndirmələrinə görə, cihaz yaxın 10 il ərzində həkimlərin arsenalında olacaq.