...

Azərbaycanda növbəti həftənin ilk iş günü hava mülayim keçəcək

Cəmiyyət Materials 4 Sentyabr 2011 19:01 (UTC +04:00)
Növbəti həftənin ilk iş günü hava mülayim keçəcək. Bu barədə bazar günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib
Azərbaycanda növbəti həftənin ilk iş günü hava mülayim keçəcək

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycanda növbəti həftənin ilk iş günü hava mülayim keçəcək. Bu barədə bazar günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Lakin gecəyə doğru havanın tutulacağı gözlənilir. Temperatur gecə 17-22°, gündüz 25-30° isti olacaq. Bakıda gecə 20-22° , gündüz 28-30° isti təşkil edəcək.

Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 762 millimetr civə sütununadək yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 15-20°, gündüz 27-320 isti olacaq.

Xəbər lenti

Xəbər lenti