Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
12-18 sentyabr 2011-ci il tarixdə Türkiyənin İstanbul şəhərində böyüklər arasında Dünya çempionatı yarışları keçiriləcək. Çempionatda ilk 6 yeri tutan idmançılar 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
Bazar ertəsi çempionata yollanacaq yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının heyəti açıqlanıb.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, dünya çempionatında ölkəmizi Rövşən Bayramov (55 kq), Həsən Əliyev (60 kq), Vitali Rəhimov (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq) və Maksim Proxorov (120 kq) təmsil edəcək.