...

2 aprel məhbuslarının məhkəməsində zərərçəkmişlər ifadə verib

Cəmiyyət Materials 9 Sentyabr 2011 17:53 (UTC +04:00)
Bakının Səbail rayon məhkəməsində Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı və Məhəmməd Məcidlinin işi üzrə məhkəmə prosesi davam etdirilib.
2 aprel məhbuslarının məhkəməsində zərərçəkmişlər ifadə verib

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Bakının Səbail rayon məhkəməsində Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı və Məhəmməd Məcidlinin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, məhkəmə baxışı zamanı zərərçəkən şəxs - Yasamal rayonu 29-cu polis bölməsinin rəisi Faiq Hüseynov ifadəsində göstərib ki, aprelin 2-də keçirilmiş aksiya zamanı Abbaslı öz aqressivliyi və fəal hərəkətləri ilə təşkilatçı olmasını nümayiş etdirib, dağılışma barədə dəfələrlə şəxsən onun etdiyi xəbərdarlıqlara əməl etməyib.

İctimai qaydanın pozulmasının qarşısını alarkən Abbaslının yanında olan şəxs ona xəsarət yetirdikdən sonra kütləyə qarışaraq qaçıb.

Daha sonra iş üzrə zərərçəkən polis əməkdaşları - Elşən Nuriyev, Yusif Abbasov, Elnur İmaməliyev, İdris Hüseynov, Elnur Əliyev, Afət Nəbiyev və digərləri aprelin 2-də Bakının mərkəzində, "Fəvvarələr meydanı" və ətraf ərazilərdə keçirilən ictimai qaydanın pozulmasına səbəb olan qanunsuz aksiyanın qarşısının alınmasına cəlb edildiklərini, aksiya iştirakçılarının onların dağılışma tələblərinə əməl etmədiklərini və əllərində olan qəzetə bükülü dəmir parçaları, əl və ayaq zərbələri ilə onlara müxtəlif bədən xəsarət yetirdikləriri təsdiq ediblər.

Hər bir zərərçəkən həmin hərəkətlərin təşkilatçıları - Hacılı, Qəhrəmanlı, Abbaslı və Məcidlinin qanun çərçivəsində cəzalandırılmalarını tələb edib.

Proses digər şəxslərin dindirilməsi ilə sentyabrın 12-də davam etdiriləcək.

Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə (233) maddəsi ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti