...

Gürcüstanın birinci xanımı Azərbaycanda səfərdədir

Cəmiyyət Materials 12 Sentyabr 2011 17:48 (UTC +04:00)
Bakıda işgüzar səfərdə olan Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs bazar ertəsi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Gürcüstanın birinci xanımı Azərbaycanda səfərdədir

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir S.Ağayeva/

Bakıda işgüzar səfərdə olan Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs bazar ertəsi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Bu barədə Trend-ə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Gürcüstanın birinci xanımı bu gün Bakıda öz işinə başlayan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyasında iştirak edib.

53 Avropa ölkəsinin səhiyyə nazirlərinin iştirak etdiyi sessiyada səhiyyə sistemində əldə olunan yeni nailiyyətlər, vərəm üzrə strategiyanın qəbulu və antibiotiklərdən düzgün istifadə ilə bağlı mövzular müzakirə olunacaq.

Gürcüstanın birinci xanımının axşam Tbilisiyə qayıdacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti