...

Orta məktəblərin I sinfinə gedəcək şagirdlərin dərsliklərlə təminatında problem yaranıb?

Cəmiyyət Materials 12 Sentyabr 2011 17:57 (UTC +04:00)
Azərbaycanda orta məktəblərin I sinfinə gedəcək şagirdlərin dərsliklərlə təminatında heç bir problem yaranmayıb.
Orta məktəblərin I sinfinə gedəcək şagirdlərin dərsliklərlə təminatında problem yaranıb?

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta məktəblərin I sinfinə gedəcək şagirdlərin dərsliklərlə təminatında heç bir problem yaranmayıb. Bunu bazar ertəsi Trend-ə Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib.

Onun sözlərinə görə, dərslik çatışmazlığı müəyyən olunduğu təqdirdə rayon, şəhər təhsil şöbələri bu barədə nazirliyə məlumat verməlidirlər. Bunun əsasında da məktəblərin dərsliklə təminatı ilə bağlı yarana bilən problem həll edilməlidir.

"Ana dili" dərsliyini hər il hazırlamırıq. Bu dərsliyi 2008-ci ildə hazırlamışıq. 2010-cu ildə həmin dərslikləri müəyyən faizlə çap etmişik. Çatışmazlıq müəyyən olunarsa, ehtiyatda saxladığımız dərslik hesabına biz bu problemi dərhal aradan qaldıracağıq", - Şahbazlı bildirib.

Sumqayıtın və digər bölgələrin bəzi orta məktəblərində I sinif üçün dərsliklərin təminatında problem yaranıb. Həmin məktəblər bu il I sinfə gedən uşaqların sayının çox olması səbəbindən bu sinif şagirdləri üçün dərsliklərin çatışmadığını bildiriblər.

Şahbazlı onu da bildirib ki, Azərbaycanda bütün, yəni I-XI sinif şagirdlərinə dərsliklər pulsuz paylanılır. Bununla yanaşı, I-IV sinif müəllimləri üçün dərslik komplektləri ilə birgə metodik vəsaitlər də pulsuz verilir.

Xəbər lenti

Xəbər lenti