...

Azərbaycanda Bilik Günü qeyd olunur (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2011 12:27 (UTC +04:00)
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür.
Azərbaycanda Bilik Günü qeyd olunur (FOTO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İ.İsabalyeva/

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür.

Trend-in məlumatına görə, 2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I sinfinə 124 274 şagirdin qəbul olunacağı gözlənilir.

2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120 420 nəfər olub. 2009-2010-cu tədris ilində isə bu göstərici 118 947 nəfər təşkil edib.

Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 33 464 şagird gedəcək. Ötən tədris ilində bu rəqəm 32 812 nəfər təşkil edib.

Təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumtəhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.

Ümumilikdə Azərbaycanın orta məktəblərində 1 milyon 335 min şagird təhsil alır.
Azərbaycanın ali məktəblərində təhsil alan tələbələrin sayı isə 17 mindən çoxdur. Bu il Azərbaycanda 29 332 abituriyent tələbə adını qazanaraq ali məktəbdə təhsil almaq imkanı əldə edib.

Xəbər lenti

Xəbər lenti