Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin İcraiyyə Komitəsinin üzvü seçilib. Trend-in məlumatına görə, Azərbaycan İcraiyyə Komitəsinin üzvlüyünə ÜST-nin Avropa Regional Komitəsinin Bakıda keçirilən 61-ci sessiyasında qəbul edilib.
Azərbaycan İcraiyyə Komitəsində 3 il müddətində təmsil olunacaq.