...

Azərbaycanda filmlər və seriallara marağı öyrənmək üçün araşdırmalar aparılmalıdır - ekspert

Cəmiyyət Materials 16 Sentyabr 2011 17:45 (UTC +04:00)
Azərbaycanda filmlərin və serialların hansı səpkidə hazırlandığını müəyyən etmək üçün geniş araşdırmalar aparılmalıdır.
Azərbaycanda filmlər və seriallara marağı öyrənmək üçün araşdırmalar aparılmalıdır - ekspert

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda filmlərin və serialların hansı səpkidə hazırlandığını müəyyən etmək üçün geniş araşdırmalar aparılmalıdır. Trend-in məlumatına görə, bunu "Azərbaycanda milli filmlərin istehsalı sahəsində qarşıda duran vəzifələr" mövzusunda cümə günü Milli Televiziya və Radio Şurasında (MTRŞ) keçirilən "dəyirmi masa"da televiziya sahəsində müstəqil ekspert Zeynal Məmmədli bildirib.

"Sosioloji sorğuların, araşdırmaların məqsədi cəmiyyətin hansı seriallara üstünlük verməsini və məhz bu istiqamətdə işlərin görülməsini təmin etməkdir", - Məmmədli bildirib.

Ekspert hesab edir ki, yeni istehsal olunacaq filmlər və seriallar əhalinin maarifləndirilməsinə, dünyagörüşünün genişlənməsinə də xidmət etməlidir.

Onun fikrincə, hazırda Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı sənədli serialların çatışmazlığı hiss olunur.

"Dəyirmi masa" iştirakçıları hazırda milli teleməkanda türk seriallarının çoxluq təşkil etdiyini də vurğulayıblar.

Prezident İlham Əliyev Azərbaycanda milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti