Azərbaycan, Bakı, 19 sentyabr / Trend, müxbir M.Əliyev/
Bakıda sentyabrın 24-25-də nüfuzlu beynəlxalq təhsil sərgisi açılacaq.
Trend-in məlumatına görə, sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Şimali Kipr, Türkiyə, ABŞ, Avstriya, Malayziya, Yunanıstan, İspaniya və bir sıra başqa ölkələrin universitetləri iştirak edəcəklər.
Ümumilikdə, sərgidə 12 ölkənin 50 ali təhsil ocağı təmsil olunacaq.
Tələbələrə xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər məsələləri ilə bağlı sualları cavablandıracaqlar.
Sərgi saat 13:00-dan 18:00-a kimi Hyatt Regency otelində keçiriləcək.