...

Azərbaycanda Beynəlxalq Sülh Günü qeyd ediləcək

Cəmiyyət Materials 19 Sentyabr 2011 17:34 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyində sentyabrın 21-də Beynəlxalq Sülh Günü qeyd ediləcək
Azərbaycanda Beynəlxalq Sülh Günü qeyd ediləcək

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Gənclər və İdman Nazirliyində sentyabrın 21-də Beynəlxalq Sülh Günü qeyd ediləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirliyin yaydığı məlumatda bildirilir.

Gənclər və İdman Nazirliyinin iclas zalına saat 15.00-da toplaşacaq gənclər "Sülh aylığı" çərçivəsində Beynəlxalq Sülh Gününü qeyd edəcəklər.

Bu münasibətlə "Gənclərin vətəndaşlıq tərbiyəsində sülh mədəniyyətinin və insan hüquqlarının təbliğinin rolu" mövzusunda konfrans keçiriləcək.

Tədbirdə tələbə-gənclər təşkilatlarının, gənclər təşkilatlarının və fəal gənclərin iştirakı nəzərdə tutulub.

Beynəlxalq Sülh Günü 1982-ci ildən keçirilir və bu gün dünya ölkələrində bir dəqiqəlik sükutla, BMT-nin Nyu-Yorkdakı qərargahında sülh zəngi çalınmaqla qeyd olunur.

Xəbər lenti

Xəbər lenti