...

Hakerlərin hücumu nəticəsində Yaponiyanın hərbi sirləri açılıb

Cəmiyyət Materials 20 Sentyabr 2011 19:39 (UTC +04:00)
Yaponiyanın müdafiə sənayesi ilk dəfə olaraq məxfi məlumatların ələ keçirilməsi məqsədilə hakerlərin hücumuna məruz qalıb.
Hakerlərin hücumu nəticəsində Yaponiyanın hərbi sirləri açılıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Yaponiyanın müdafiə sənayesi ilk dəfə olaraq məxfi məlumatların ələ keçirilməsi məqsədilə hakerlərin hücumuna məruz qalıb. Həmin məlumatlar sualtı qayıqların, gəmilərin, təyyarələrin, raketlərin, nüvə sənayesi komponentlərinin və s. istehsalı ilə bağlı olub. Məlumatı İTAR-TASS yayıb.

Trend-in məlumatına görə, Yaponiyanın silah, kosmik texnika buraxılışı və atom sənayesi üzrə iki aparıcı korporasiyasının yüzə yaxın serveri hücuma məruz qalıb. Uzun müddət davam etdiyi indi məlum olan hücumlar nəticəsində sualtı qayıqların, gəmilərin, raket mühərriklərinin, eləcə də ballistik raketlərin tuşlanması və tutulması sistemlərinin istehsalına aid məlumatların üstü açılıb.

Yaponiyanın xüsusi xidmət orqanları korporasiyalardan rəsmi bəyanat aldıqdan sonra xarici ölkələrin xeyrinə kibercasusluqda şübhəli bilinmə üzrə rəsmi təhqiqata başlamağa hazırlaşırlar.

Yaponiyanın "Nikkei" qəzetinin verdiyi məlumata görə, ölkənin Müdafiə Nazirliyi öyrənib ki, bu, haker hücumuna məruz qalan, eyni zamanda, hərbi texnikanın buraxılışı ilə məşğul olan artıq ikinci yapon maşınqayırma şirkətidir. Ölkənin Müdafiə Nazirliyinin sifarişi ilə döyüş təyyarələri üçün mühərriklərin hissələrini, eləcə də nüvə reaktorları üçün avadanlıqlar buraxan "Ishikawajima-Harima Heavy Industries" (IHI) korporasiyasının qapalı serverlərinə və personal kompüterlərinə də qanunsuz müdaxilə qeydə alınıb.

Dünən isə məlum olub ki, hakerlər Yaponiyanın silah və hərbi texnika buraxılışı üzrə Mitsubishi Heavy Industries korporasiyasının serverlərindən də məxfi məlumatları oğurlayıblar. Hücum üçün xüsusi istehsal olunmuş ən azı 8 növdə virusdan istifadə olunub ki, onlardan kompüterləri kənardan idarə etmək, orada olan məlumatları qarışdırmaq, orada qurulan mikrofon və kameraları aktivləşdirmək, məsafədən işçi və tədqiqat müəssisələrində baş verənləri izləmək, eləcə də oradakı əməkdaşları qeydə almaq mümkündür.

Naməlum cinayətkarlar mənzil-qərargahdakı və digər bölmələrdəki 45-ə yaxın qapalı serveri və 38 personal kompüteri sındıraraq nəzarətə alıblar. Hücuma Koba və Naqasaki limanlarındakı sualtı qayıqlar və gəmilər istehsal edən müəssisələrin, eləcə də Naqoya şəhərindəki kosmik müəssisənin serverləri də məruz qalıb.

Nəzarət götürülmüş qurğulardan alınan məlumatlar xaricdəki, o cümlədən, Honkonq, ABŞ və Hindistandakı 14 saytda da gedib.

Problem ondadır ki, "Mitsubishi Heavy Industries" öz kompüterlərinə qanunsuz daxilolmalar barədə hələ avqustun 11-də xəbər tutub. O zaman şirkətin bəzi kompüterləri özbaşına işə düşməyə başlamışdı. Lakin mövcud qaydalara zidd olaraq Yaponiyanın Müdafiə Nazirliyi bu barədə yalnız ötən bazar ertəsi məlumatlandırılıb.

Yaponiyanın Müdafiə Nazirliyinin rəhbəri Yasuo İtikava artıq bəyan edib ki, ölkədə silah və kosmik texnikanın buraxılışı üzrə aparıcı korporasiya geniş haker hücumu nəticəsində onun serverlərinin oğurlana bilməsi və məxfi məlumatların xaricə sızması barədə dərhal xəbər verməli idi.

"Biz bu problemə baxırıq, - hərbi idarənin başçısı jurnalistlərə bildirib. - Riayət edilməsi zəruri olan qayda var".

Xəbər lenti

Xəbər lenti