...

Aliyə Qarayeva dünya çempionatının finalında altıncı yeri tutub

Cəmiyyət Materials 21 Sentyabr 2011 10:41 (UTC +04:00)
Fransanın Monpelye şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatının ikinci günü ilk mükafatlar qazanılıb.
Aliyə Qarayeva dünya çempionatının finalında altıncı yeri tutub

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Fransanın Monpelye şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatının ikinci günü ilk mükafatlar qazanılıb.

Trend-in Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən verdiyi məlumata görə, halqa və topla keçirilən fərdi yarışda qaliblər müəyyən olunub. Azərbaycanlı gimnast Aliyə Qarayeva hər iki finala vəsiqə qazanıb.

Halqa ilə finalda Aliyə 27.625 balla 7-ci yeri tutub. İlk üçlüyə rusiyalı Yevgeniya Kanayeva və Darya Kondakova, eləcə də israilli Neta Rivkin daxil olub.

Qarayeva topla hərəkətlərdə 27.6 balla 6-cı yeri tutub. Burada da ilk iki yerə Kanayeva və Kondakova, bürünc medala isə belarus Lyubov Çerkaşina sahib olub.

Bu gün çempionatda gürz və lentlə təsnifat yarışları başlayır. Azərbaycanlı gimnastlar (Anna Qurbanova, Zeynəb Cavadlı və Aliyə Qarayeva) gürzlə hərəkətlər nümayiş etdirəcəklər.

Xəbər lenti

Xəbər lenti