...

Bakıda "Ərzaq Təhlükəsizliyinin Monitorinq Sisteminin təqdimatı və tətbiqi" mövzusunda seminar işə başlayıb

Cəmiyyət Materials 21 Sentyabr 2011 14:52 (UTC +04:00)
Bakıda "Ərzaq Təhlükəsizliyinin Monitorinq Sisteminin təqdimatı və tətbiqi" mövzusunda seminar işə başlayıb.
Bakıda "Ərzaq Təhlükəsizliyinin Monitorinq Sisteminin təqdimatı və tətbiqi" mövzusunda seminar işə başlayıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir T.Hacıyev/

Bakıda "Ərzaq Təhlükəsizliyinin Monitorinq Sisteminin təqdimatı və tətbiqi" mövzusunda seminar işə başlayıb. Trend-in məlumatına görə, çərşənbə günü işə başlayan seminarın açılış mərasimində Azərbaycan Baş nazirinin müavini Əli Həsənov iştirak edib. Azərbaycanın müxtəlif nazirliklərinin nümayəndələri, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura, bu sahə üzrə beynəlxalq ekspertlər tədbirdə iştirak edirlər.

Seminarın açılışında çıxış edən BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynov bildirib ki, dünyada ərzaq təhlükəsizliyi ilə bağlı aparılan qabaqlayıcı tədbirlərə baxmayaraq, son illər dünyada cərəyan edən proseslər - iqtisadi, yanacaq və ərzaq məhsulları böhranı - nəticəsində aclıqdan və az qidalanmadan əziyyət çəkən insanların sayı artıb.

"Bu gün dünyada aclıqdan əziyyət çəkənlərin sayı 1 milyardı ötüb. Bu, o deməkdir ki, dünyada hər 6 nəfərdən biri aclıq və az qidalanmadan əziyyət çəkir. Aclıqdan dünyasını dəyişən insanların sayı, AİDS, vərəm və malyariya xəstəlikləri səbəbindən ölənlərin sayından daha artıqdır", - Hüseynov əlavə edib.

Onun sözlərinə görə, BMT-nin Ümumdünya Ərzaq Proqramı Azərbaycan tərəfinə Ərzaq Təhlükəsizliyinin Monitorinq Sisteminin tətbiq olunmasını təklif edib. Artıq 30-dan çox ölkədə öz səmərəsini verən bu sistemin Azərbaycanda da imkan daxilində icra olunması təklif edilib.

Baş nazirin müavini Həsənov isə deyib ki, Ərzaq Təhlükəsizliyinin Monitorinq Sistemi Azərbaycan üçün yeni bir məsələdir. O, deyib ki, Azərbaycanda ərzaq çatışmazlığı problemi olmasa da, müharibə şəraitində yaşayan ölkəmizdə bu məsələyə diqqətlə yanaşmaq lazımdır.

"Bu problemdən dünyanın heç bir ölkəsi sığortalanmayıb", - Həsənov vurğulayıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Akçura Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı aparılan tədbirlərdən danışıb.

Seminar iki gün davam edəcək və Azərbaycan nazirliklərinin nümayəndələrinə ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində dünyada qazanılmış təcrübə haqqında məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti