...

Azərbaycan gəncliyinə dair Dövlət Proqramının icrası ilə bağlı Əlaqələndirmə Şurası formalaşdırılıb

Cəmiyyət Materials 27 Sentyabr 2011 12:35 (UTC +04:00)
"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası ilə bağlı Əlaqələndirmə Şurası artıq formalaşıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə gənclər və idman nazinin müavini İntiqam Babayev bildirib.
Azərbaycan gəncliyinə dair Dövlət Proqramının icrası ilə bağlı Əlaqələndirmə Şurası formalaşdırılıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir M.Əliyev/

"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası ilə bağlı Əlaqələndirmə Şurası artıq formalaşıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə gənclər və idman nazinin müavini İntiqam Babayev bildirib.

Onun sözlərinə görə, Şuranın tərkibinə Dövlət Proqramının icrasında iştirak edən qurumların, ictimaiyyətin nümayəndələri və mütəxəssislər cəlb olunub.

"Oktyabr ayında Şuranın ilk iclası keçiriləcək. Dövlət Proqramının icrasının şəffaflığının təmin olunması üçün internet saytı yaradılacaq və gündəlik görülən işlər orada əks olunacaq", - Babayev deyib.

Nazir müavini ümidvar olduğunu bildirib ki, qarşıdan gələn 4 il ərzində Dövlət Proqramının həyata keçirilməsi gənclərin inkişafında yeni mərhələ olacaq.

Xəbər lenti

Xəbər lenti