...

Azərbaycanda kitabsevərlərin sayının az olmasının əsas səbəbi təbliğatın aparılmamasıdır - Baş nazirin müavini

Cəmiyyət Materials 28 Sentyabr 2011 13:27 (UTC +04:00)
Azərbaycanda kitabsevərlərin sayının az olmasının əsas səbəbi kitabın mahiyyətini dərk etdirə biləcək səviyyədə təbliğatın aparılmamasıdır.
Azərbaycanda kitabsevərlərin sayının az olmasının əsas səbəbi təbliğatın aparılmamasıdır - Baş nazirin müavini

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda kitabsevərlərin sayının az olmasının əsas səbəbi kitabın mahiyyətini dərk etdirə biləcək səviyyədə təbliğatın aparılmamasıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Xalq yazıçısı Elcin Əfəndiyev deyib.

Onun sözlərinə görə, bu gün kitabın az oxunmasının səbəblərindən biri də texnologiyanın inkişafı, xüsusilə internetdən istifadənin artmasıdır.

Baş nazirin müavini hesab edir ki, SSRİ-nin süqutu da kitabsevərləin sayının azalmasına səbəb olub.

"Çox deyirlər ki, kitabları qabaq çox oxuyurdular, indi az oxuyurlar. Bunun da səbəbləri var. Bir tərəfdən, elmi-texniki inkişaf indi ictimai həyatda çox ciddi rol oynayır. Digər tərəfdən isə, böyük bir imperiya çokdü. Bu imperiya çökdükdə ictimia, mədəni, siyasi həyatda böyük kataklimiz əmələ gəldi. Böyük zərbələrdən biri də mədəniyyətə və mədəniyyətin başlanğıcı olan kitaba dəydi. Ona görə də mənim üçün çox xoşdur ki, getdikcə kitaba hörmət artır, kitabın nüfuzu artır", - Əfəndiyev bildirib.

Xəbər lenti

Xəbər lenti