...

İslam ölkələrinin qadınlardan ibarət çimərlik futbolu komandalarının ilk çempionatı keçiriləcək

Cəmiyyət Materials 28 Sentyabr 2011 13:59 (UTC +04:00)
İslam ölkələrinin çimərlik futbolu üzrə qadınlardan ibarət komandaları arasında ilk çempionat İranda keçiriləcək. Bunu İranın Qadın Çimərlik Futbol Federasiyasının rəhbəri xanım Pərya Şəhriyari deyib.
İslam ölkələrinin qadınlardan ibarət çimərlik futbolu komandalarının ilk çempionatı keçiriləcək

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir T.Cəfərov/

İslam ölkələrinin çimərlik futbolu üzrə qadınlardan ibarət komandaları arasında ilk çempionat İranda keçiriləcək. Bunu İranın Qadın Çimərlik Futbol Federasiyasının rəhbəri xanım Pərya Şəhriyari deyib. Bu barədə Trend İranın İRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

Şəhriyarı bu çempionatın ilin sonunadək (İranda il martın 21-də dəyişir) keçiriləcəyini deyib.

"Çempionatın keçirilməsinin dəqiq vaxtını iştirakçı komandalar dəqiqləşəndən sonra açıqlayacağıq", - federasiya rəhbəri deyib.

Xəbər lenti

Xəbər lenti