...

İqtisadi İnkişaf Nazirliyi əhalini saxta "endirim" kampaniyalarına inanmamağa çağırır

Cəmiyyət Materials 28 Sentyabr 2011 15:20 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi əhali saxta "endirim" kampaniyalarına inanmamağa çağırır.
İqtisadi İnkişaf Nazirliyi əhalini saxta "endirim" kampaniyalarına inanmamağa çağırır

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

İqtisadi İnkişaf Nazirliyi əhali saxta "endirim" kampaniyalarına inanmamağa çağırır.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi, ev 13 ünvanında Araz Əliyevə məxsus mağazada aparılan yoxlama zamanı mağazada qanunsuz reklam üsullarından istifadə edilməklə, istehlakçıların aldadıldığı müəyyən olunub.

Belə ki, mağazanın ön tərəfindəki pəncərələrdə iri hərflərlə "Bayrama özəl 70% endirim" sözləri yazılsa da, mağazada satılan 9 çeşiddə geyimlərin heç birinin qiymətinə endirim tətbiq edilmədiyi, 8 çeşiddə geyimlərin qiymətlərinə isə mağaza işçiləri tərəfindən endirim tətbiq olunduğu bildirilsə də, həmin geyimlərin etiketləri üzərində endirim barədə məlumatlar qeyd edilmədiyi müəyyən olunub.

Nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində mağazanın pəncərələrində istehlakçıları çaşdıran qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

Nazirlikdən bildirilib ki, istehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti