...

Azərbaycanlı tələbələrə Nobel təqaüdü təqdim olunub (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2011 20:06 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) ən müvəffəqiyyətli 5 tələbəsinə Nobel təqaüdü təqdim olunub.
Azərbaycanlı tələbələrə Nobel təqaüdü təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) ən müvəffəqiyyətli 5 tələbəsinə Nobel təqaüdü təqdim olunub. Trend-in məlumatına görə, bununla bağlı vaxtilə Nobel qardaşlarının iqamətgahı olan, 1884-cü ildə tikilmiş, hazırda təmir olunaraq Nobel qardaşları muzeyi kimi fəaliyyət göstərən Villa Petrolea-da tədbir keçirilib.

Tədbirdə Azərbaycanın ictimai siyasi xadimləri və millət vəkilləri ilə yanaşı, Nobel mükafatları laureatları Finn Erlinq Kidland, Kristofer Pissarides və Lüdviq Nobelin nəticəsi Filip Nobel də iştirak ediblər.

Tədbiri giriş sözü ilə Bakı Nobel İrsi Fondunun prezidenti Toğrul Bağırov açıb. O, ADİU-nun bu il 80 illiyinin tamam olduğunu deyib və tələbələrə belə bir təqaüdün verilməsinin universitet üçün əsl hədiyyə olduğunu qeyd edib.

Filip Nobel öz növbəsində, Nobel Beynəlxalq Birlik Fondunun yaradılma səbəblərindən danışıb. O qeyd edib ki, Fond insanların öz arzularını reallığa çevirməsinə yardımçı olmaq üçün yaradılıb. Sonra o, İqtisad Universitetinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

ADİU-nin rektoru, professor Şəmsəddin Hacıyev öz çıxışında qeyd edib ki, İqtisad Universitetinin 80 illik yubileyinin keçirilməsi böyük hadisədir. O, Nobel mükafatı laureatlarının da bu mərasimə qatılmasını mühüm hadisə kimi qiymətləndirib. Hacıyev Nobel Fondunun göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və əlavə edib ki, göstərilən etimadı doğrultmağa çalışacaqlar.

Daha sonra tələbələrə təqaüdlər və sertifikatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti