...

Suriyada kütləvi etirazlar başlanandan 225 uşaq öldürülüb

Cəmiyyət Materials 29 Sentyabr 2011 12:27 (UTC +04:00)
Suriyada kütləvi etirazlar başlanandan təhlükəsizlik qüvvələri tərəfindən 3600 dinc sakin qətlə yetirilib. Onların arasında 225 uşaq var.
Suriyada kütləvi etirazlar başlanandan 225 uşaq öldürülüb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Suriyada kütləvi etirazlar başlanandan təhlükəsizlik qüvvələri tərəfindən 3600 dinc sakin qətlə yetirilib. Onların arasında 225 uşaq var. Trend-in məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı xəbər verir.

Suriyada artıq yarım ildən artıqdır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. Prezidentin siyasi və informasiya məsələləri üzrə müşaviri Buseyna Şabanın bəyanatına görə, bütün bu vaxt ərzində 1400 nəfər həlak olub, onların yarısı ordu və güc strukturlarının nümayəndələridir. BMT-nin göstəricilərinə görə, həlak olanların sayı 2,6 min nəfərə çatıb.

Müxalifət Prezident Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir. Rejim əleyhdarları hakimiyyətə müxalif orqanı kimi Milli Keçid Şurası yaradıblar.

Xəbər lenti

Xəbər lenti