...

Azərbaycan və Qazaxıstan humanitar sahədə əməkdaşlığı gücləndirirlər

Cəmiyyət Materials 29 Sentyabr 2011 16:59 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan səhiyyə, təhsil, elm, turizm, mədəniyyət və idman sahələrində əməkdaşlığı gücləndirirlər.
Azərbaycan və Qazaxıstan humanitar sahədə əməkdaşlığı gücləndirirlər

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Qazaxıstan səhiyyə, təhsil, elm, turizm, mədəniyyət və idman sahələrində əməkdaşlığı gücləndirirlər.

Bu bəndlər cümə axşamı Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının VIII iclasının protokolunda qeyd olunub.

Həmçinin, komissiya iki ölkənin Səhiyyə nazirliklərinə alimlərin birgə elmi-tədqiqat işlərinin təşkili, həyata keçirilən birgə enerji layihələrində müəyyən səhiyyə infrastrukturunun yaradılması imkanlarına baxmağı tapşırıb.

Bundan başqa, iki ölkənin Təhsil nazirliklərinə təhsil sahəsində əməkdaşlıq haqqında saziş layihəsini hazırlamaq tapşırılıb.

Komissiya habelə 2012-ci ildə Qazaxıstanda Azərbaycan Mədəniyyət Günlərinin və 2013-cü ildə isə Azərbaycanda Qazaxıstan Mədəniyyət Günlərinin keçirilməsi barədə qərar qəbul edib.

Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün iki ölkədə keçirilən beynəlxalq turizm sərgilərində fəal iştirak etmək qərara alınıb.

Xəbər lenti

Xəbər lenti