...

Azərbaycanda ətin qiyməti ilə bağlı monitorinqlər davam edir

Cəmiyyət Materials 29 Sentyabr 2011 18:16 (UTC +04:00)
qtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ətin qiyməti ilə bağlı monitorinqlərini davam etdirir
Azərbaycanda ətin qiyməti ilə bağlı monitorinqlər davam edir

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ətin qiyməti ilə bağlı monitorinqlərini davam etdirir.

Nazirlikdən cümə axşamı Trend-ə bildiriblər ki, monitorinqlər zamanı "Təzə bazar"da mal ətinin 5,5-8 manata, qoyun ətinin 6,5-9 manata, "Keşlə bazarı"nda mal ətinin 8 manatadək, qoyun ətinin 9 manatadək, "8-ci km bazarı"nda mal ətinin 5-8 manata, qoyun ətinin 5-9 manata, Dərnəgül qəsəbəsindəki ət kəsimi və satışı məntəqəsində mal ətinin 5-7,5 manata, qoyun ətinin 5-5,5 manata satıldığı müəyyən edib. Monitorinqlərin əhatə etdiyi digər pərakəndə ticarət obyektlərində isə mal ətinin qiyməti 8 manatadək, qoyun ətinin qiyməti isə 9 manatadək təşkil edir.

Ticarət obyektlərində ətin qiymətinin gündəlik monitorinqi davam etdirilir. Dövlət Xidməti xəbərdarlıq edir ki, süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barədə qanunvericiliyə uyğun olaraq ciddi tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti