...

ABŞ-da idman həyat tərzi dəbdən düşür

Cəmiyyət Materials 1 Oktyabr 2011 15:07 (UTC +04:00)
İdmanla məşğul olan amerikalıların sayı getdikcə azalır. Bunu deməyə bu yaxınlarda aparılan araşdırmalar imkan verir.
ABŞ-da idman həyat tərzi dəbdən düşür

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

İdmanla məşğul olan amerikalıların sayı getdikcə azalır. Bunu deməyə bu yaxınlarda aparılan araşdırmalar imkan verir. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

Ənənəvi olaraq məhz amerikalılar hamıdan daha çox sağlam həyat tərzinə çağırır, gözəllik və cavanlıq kultunu inkişaf etdirir, sərf olunan və istifadə edilən kalorilərin miqdarına nəzarət edirlər. Siqaret çəkməkdən imtina etmək yaxşı davranış qaydası hesab edilir.

Amma əslində asudə vaxtlarında idmanla məşğul olan amerikalıların sayı getdikcə azalır. Bu barədə İdman Malları İstehsalçılarının Milli Assosiasiyasının bəyanatında deyilir. Belə nəticə bir neçə on min insan arasında aparılan sorğu nəticəsində əldə olunub.

Məlum olub ki, son 11 il ərzində həvəskar idmançıların sayı xeyli azalıb. Bu hətat beysbol kimi populyar oyunun azarkeşlərinə də aiddir. Ən sevimli idman növü reytinqində beysbol əvvəlki kimi lider mövqe tutsa da, bu oyunla 2000-ci illə müqayisədə 8 faiz az adam məşğul olur.

Digər idman növləri ilə məşğul olanların sıralarında da seyrəlmə baş verib. Məsələn, Amerika futbolu həvəskarlarının sayı 16 faiz, xokkey - 12 faiz azalıb. Ən böyük itki güləşə məxsusdur. Onun pərəstişkarları 44 faiz azalıb.

Basketbol ən populyar komanda oyunlarından biri olaraq qalır. 26 milyona yaxın insan beysbol oynayır. Futbolla isə daha az - 6 milyon adam məşğul olur. Buna baxmayaraq, son vaxtlar populyarlıq qazanan idman növləri var. 2009-cu ildən 2010-cu ilədək lakrossla maraqlananların sayı 38 faiz artıb. Reqbi ilə isə bir yarım dəfədən çox amerikalı oynayır.

İdman zallarında vaxt sərf etmək istəməyənlər üçün ABŞ-da bu yaxınlarda "Yeriş həftəsi" adı altında aksiya keçirilib. Ekspertlər fiziki aktivlik çatışmazlığını adi yerimə ilə əvəz etməyə çağırırlar. Axı gündə cəmi 15 dəqiqə yerimək insan ömrünü 3 il uzatmağa qadirdir.

Xəbər lenti

Xəbər lenti