...

Gürcüstanda azərbaycanlı uşağın ölümündə təqsirləndirilən həkim cəzalandırılıb

Cəmiyyət Materials 5 Oktyabr 2011 16:32 (UTC +04:00)
Peşəkar Həkimlər Şurası 3 yaşlı Amil Həsənova yardım göstərməməkdə ittiham olunaraq saxlanılan Dedopliskaro rayon xəstəxanasının keçmiş həkimi Georgi Sexniaşvilinin lisenziyasını 6 ay müddətinə dayandırıb.
Gürcüstanda azərbaycanlı uşağın ölümündə təqsirləndirilən həkim cəzalandırılıb

Gürcüstan, Tbilisi, 5 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Peşəkar Həkimlər Şurası 3 yaşlı Amil Həsənova yardım göstərməməkdə ittiham olunaraq saxlanılan Dedopliskaro rayon xəstəxanasının keçmiş həkimi Georgi Sexniaşvilinin lisenziyasını 6 ay müddətinə dayandırıb.

3 yaşlı Amil Həsənovu yayda ilan sancmışdı. Qəza Mərkəzinin briqadası uşağı Dedopliskaro rayon xəstəxanasından Tbilisiyə gətirsələr də, Həsənov yolda vəfat edib. Xəstəxananın direktoru Vano Natroşvili bəyan edib ki, ölümə səbəb valideynləri tərəfindən uşağın vaxtında xəstəxanaya çatdırılmaması olub.

Öz növbəsində, uşağın valideynləri əmin edirlər ki, həkimlər uşağa lazımi diqqət göstərməyiblər və nəticədə o, dünyasını dəyişib. Amil Həsənova ilan zəhərinə qarşı preparat da vurulmayıb. Bunu Natroşvili də təsdiqləyib.

Bu fakta Gürcüstan Prezidenti də münasibət bildirib və günahkarların cəzalandırılmasını tələb edib. Bundan sonra həkim Sexniaşvili cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti