...

Əlil məhkumlara protezlər verilib

Cəmiyyət Materials 5 Oktyabr 2011 16:36 (UTC +04:00)
Cəza çəkən əlil məhkumlar protezlərlə təmin olunub.
Əlil məhkumlara protezlər verilib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Cəza çəkən əlil məhkumlar protezlərlə təmin olunub.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, 17 nəfər əlil məhkuma ayaq protezləri verilib.

Protezlərlə təmin olunanlar 1, 2, 6, 7, 11, 12, 16 və 17 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən əlil məhkumlardır.

Həmin məhkumlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez ortopedik bərpa mərkəzi tərəfindən tibbi avadanlıqlarla (əsa, çəlik və s.) təmin olunublar.

Xəbər lenti

Xəbər lenti