...

Beynəlxalq KİV rəhbərləri Bakıda sosial jurnalistikanın rolunu müzakirə edirlər (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 11 Oktyabr 2011 12:47 (UTC +04:00)
Sosial şəbəkələr cəmiyyət həyatının bütün səviyyələrinə təsir göstərirlər. Trend-in məlumatına görə, bu barədə Bakıda İTAR-TASS agentliyini baş direktoru Vitali İqnatenko bildirib.
Beynəlxalq KİV rəhbərləri Bakıda sosial jurnalistikanın rolunu müzakirə edirlər (ƏLAVƏ OLUNUB)

Anadolu agentliyinin baş direktorunun sözləri və bəkqraund əlavə olunub (ilk xəbər saat 12:05-də yayılıb)

Azərbaycan, Bakı, 11 oktyabr / Trend müxbirlər M.Əliyev, A.Bədəlova/

Sosial şəbəkələr cəmiyyət həyatının bütün səviyyələrinə təsir göstərirlər. Trend-in məlumatına görə, bu barədə Bakıda İTAR-TASS agentliyini baş direktoru Vitali İqnatenko bildirib.
"Son illər geniş yayılmış sosial jurnalistika cəmiyyətin müxtəlif təbəqələrindən olan adamlar arasında fikir mübadiləsi üçün platforma yaradır", - İqnatenko Bakı Beynəlxalq Humanitar Forumunda "XXI əsrdə sosial jurnalistika: hər kəs jurnalist ola bilər" mövzusunun müzakirəsi zamanı bildirib.

AzərTAc Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov giriş niqti ilə çıxış edərək qeyd edib ki, qloballaşan dünyada infofrmasiya mənbəyi kimi sosial şəbəkələrin əhəmiyyəti getdikcə artır və bu XXI əsrin sosial tələblərindən biridir.

Onun sözlərinə görə, bu gün jurnalistikada yeni texnologiyaların tətbiqi getdikcə daha böyük əhəmiyyət daşıyır.

"Yeni əsrdə media ənənələri ənənəvi jurnalistikadan tamamilə fərqlənir. Bu gün qarşımızda bir sual durur: internet və sosial şəbəkələrlə bağlı olan jurnalistikanın gələcəyi necə görünür", - AzərTAc-ın baş direktoru deyib.

YUNESKO-nun baş direktorunun informasiya və kommunikasiya məsələləri üzrə müavini Yanis Karklinsin fikrincə, bu gün informasiya texnologiyaları kommunikasiyalar üçün əvvəllər məlum olmayan yeni vasitələr açır. Onun sözlərinə görə, bu gün dünyada iki milyard adam internetdən istifadə edir, jurnalistika isə ənənəvi kütləvi informasiya vasitəsidir. "Və bu gün ənənəvi jurnalistika ilə kommunikasiyaların yeni formaları arasında balans yaradılması çox vacibdir", - Karklins bildirib.

Türkiyənin Anadolu Dövlət İnformasiya Agentliyinin baş direktoru Kamal Öztürk hesab edir ki, internetin meydana çıxması ilə jurnalistikada yeni dövr başlayıb. "Bu gün mobil telefon vasitəsilə ediləni on il əvvəl peşəkar media strukturları yüksəkkeyfiyyətli avadanlıqları ilə edə bilmirdilər", - o deyib.

Öztürk qeyd edib ki, bu gün oxucu üçün fotomüxbir, operator yaxud publisist olmaq imkanı yaranıb.

"KİV-in hazırkı nümayəndələri kimi biz jurnalistikadakı bu köklü dəyişikliyi yaxşı dərk etməli, adamların tələbatlarını düzgün müəyyən etməli və məhz yeni modellərə və tələblərə cavab verən məhsulları inkişaf etdirməliyik", - Anadolu agentliyinni rəhbəri deyib.

Onun fikrincə, ənənəvi KİV üçün iki fəaliyyət istiqaməti mövcuddur: informasiya yarışında sosial mediadan istifadə etmək və kütlənin əsas ünsiyyət vasitəsi olmaq.

Oktyabrın 10-da Bakıda, "Gülüstan" sarayında "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Beynəlxalq Humanitar Forum işə başlayıb.

Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.

Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən ikigünlük Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində plenar iclaslardan başqa yeddi paneldə "İnkişafın iqtisadi modellərinin humanitar aspektləri", "Dünyanı dəyişdirən müasir texnologiyalar", "Postmodernist mədəniyyətdə ənənəvi dəyər sistemləri", "Biotexnologiyalar və etika problemləri", "Multikulturalizm: nailiyyətlər və problemlər", "Sosial jurnalistika və yüksək texnologiyalar", "Elmlərin konvergensiyası" mövzularında diskussiyalar aparılacaqdır. Forum iştirakçıları müasir inkişaf mərhələsində bəşəriyyəti narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektlərini müzakirə edəcəklər.

Forum iştirakçıları bəşəriyyəti inkişafın müasir mərhələsində narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektlərini müzakirə edirlər.

Xəbər lenti

Xəbər lenti