...

Genetiklər intiharın səbəbini aydınlaşdırıblar

Cəmiyyət Materials 11 Oktyabr 2011 15:49 (UTC +04:00)
Genetiklər insanı intihara nəyin sürüklədiyini aydınlaşdırıblar.
Genetiklər intiharın səbəbini aydınlaşdırıblar

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Genetiklər insanı intihara nəyin sürüklədiyini aydınlaşdırıblar.

Alimlər Kanadadakı ən böyük psixiatrik xəstəxananın məlumatlarını təhlil edərək intihar hərəkətlərinin insanın genində yazıldığını müəyyən ediblər. Trend-in məlumatına görə, bu barədə "The Times Colonist" qəzeti xəbər verir.

Araşdırmalarda məqsəd intiharla beyin neyrotorfik faktoru (BNF) arasındakı əlaqəni aşkar etmək olub. Nəticədə Toronto Narkomaniya və Psixi Sağlamlıq Mərkəzinin əməkdaşları aydınlaşdırıblar ki, psixi pozğunluqlardan əziyyət çəkən və BNF geninin metionin adlandırılan variantına malik olan adamlar yüksək intihar riskinə malikdirlər.

Tədqiqatın müəlliflərindən biri olan Klement Zainin sözlərinə görə, intihar riskinin çoxsaylı amilləri mövcuddur. Bura ətraf mühit, uzaqlıqda zədələnmə, həyatda baş verən son hadisələr, ruhi pozğunluq, spirtli içkilərdən və narkotiklərdən istifadə daxildir. Lakin genetik amillər də vacibdir.

Məlumdur ki, BNF geni əsəb sisteminin təşəkkül tapması ilə əlaqəlidir. Genin metionun variantına malik adamlarda beyindəki neyronlar arasında əlaqə daha ləngdir. Eləcə də bu genin alkoqolun istifadəsi ilə əlaqəsi (spirtli içki genin təsirini əngəlləyir ki, bu da beyinlə əlaqənin yaranmasına mane olur) də mövcuddur. Bu biliklərə dayanaraq, psixiatrlar və genetiklər gələcəkdə pasiyentlərdən hansının öz həyatı ilə haqq-hesab çürütmək istədiyini qabaqcadan dəqiq söyləyə biləcəklər.

Xəbər lenti

Xəbər lenti