...

Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı məhkəmə qərarlarının ümumiləşdirilməsi aparılır

Cəmiyyət Materials 12 Oktyabr 2011 12:54 (UTC +04:00)
Azərbaycanda vəzifə və korrupsiya cinayətləri ilə bağlı məhkəmə qərarlarının ümumiləşdirilməsi aparılır.
Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı məhkəmə qərarlarının ümumiləşdirilməsi aparılır

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda vəzifə və korrupsiya cinayətləri ilə bağlı məhkəmə qərarlarının ümumiləşdirilməsi aparılır.

Ali Məhkəmədən çərşənbə günü Trend-ə verilən məlumata görə, ümumiləşdirmə 2010-cu ildə respublikanın rayon, şəhər məhkəmələri tərəfindən korrupsiya cinayətləri ilə bağlı qəbul edilmiş məhkəmə qərarlarını əhatə edəcək.

Ümumiləşdirmənin ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

Ümumiləşdirmə zamanı məhkəmələrin bu cinayət işləri ilə bağlı qəbul etdiyi qərarlarda yol verilən nöqsanlar və hüquq pozuntuları araşdırılacaq.

Ümumiləşdirmənin nəticələri Ali Məhkəmənin Plenumunun gələn il keçiriləcək iclasında müzakirəyə çıxarılacaq və müvafiq qərar qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti