...

Azərbaycanda ilk dəfə "Xəzər: ətraf mühit üçün texnologiyalar" beynəlxalq sərgisi keçiriləcək

Cəmiyyət Materials 12 Oktyabr 2011 14:43 (UTC +04:00)
Azərbaycanda ilk dəfə "Xəzər: ətraf mühit üçün texnologiyalar" beynəlxalq sərgisi keçiriləcək
Azərbaycanda ilk dəfə "Xəzər: ətraf mühit üçün texnologiyalar" beynəlxalq sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq, Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə noyabrın 2-4-də Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və fəal iştirakı ilə ətraf mühitin mühafizəsinə həsr olunmuş "Xəzər: ətraf mühit üçün texnologiyalar" ("CTE-2011") beynəlxalq sərgisi keçiriləcək.

"Iteca Caspian" şirkətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən rasional istifadə sahəsində innovasiyalı təkmilləşdirmələri kompleks şəkildə təqdim edəcək bu sərgi ekologiya və ətraf mühitin mühafizəsi üzrə Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən böyük tədbirdir.

Tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji təhlükəsizliyin təmin edilməsi üzrə dövlət proqramının həyata keçirilməsinə dəstək göstərmək, təbii sərvətlərin qorunub saxlanmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə kömək edəcək (təbiəti mühafizə üzrə) innovasiyalı avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və tətbiq etməkdir.

Sərgi iştirakçıları arasında Azərbaycan, İsrail, Fransa, Moldova, ABŞ, Türkiyə, Çexiya və digər ölkələrdən olan şirkətlər var. Almaniya və Latviya bu layihədə milli qrup şəklində iştirak edəcəklər. Sərgidə Moldova milli stendinin də iştirakı gözlənilir. Həmçinin, təbii sərvətlər, alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə, suların təmizlənməsi üzrə aparıcı ekologiya şirkətlərinin təklif və layihələri sərgi ziyarətçilərinin diqqətinə çatdırılacaq.

Sərgidə ARDNŞ tərəfindən Bakının Xəzər rayonu ərazisində yaradılmış ekoloji parkın təqdimatı da keçiriləcək. Bu parkın elektrik enerjisinə olan tələbatının ən azı 50 faizi alternativ enerji mənbələri hesabına təmin olunur.

Xəbər lenti

Xəbər lenti