...

"Müstəqillik illəri və ekoloji problemlərin həlli" mövzusu BDU-da müzakirə olunub

Cəmiyyət Materials 13 Oktyabr 2011 15:41 (UTC +04:00)
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi cümə günü Bakı Dövlət Universitetində "dəyirmi masa" keçirib.
"Müstəqillik illəri və ekoloji problemlərin həlli" mövzusu BDU-da müzakirə olunub

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi cümə günü Bakı Dövlət Universitetində "dəyirmi masa" keçirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin mətbuat xidmətindən bildiriblər.

"Müstəqillik illəri və ekoloji problemlərin həlli" mövzusunda keçirilmiş "dəyirmi masa"da ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, universitetin Ekologiya və torpaqşünaslıq, Biologiya, Kimya, Geologiya və Coğrafiya fakültələrinin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən ötən 20 il ərzində əldə olunan nailiyyətlərdən, dövlət müstəqilliyimizin bərpasının ilk illərində qarşılaşdığımız problemlərdən danışaraq azadlığa, müstəqilliyə gedən yolun heç də asan olmadığını qeyd edib.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxışında Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə davamlı inkişafa əsaslanan ekoloji siyasətin yürüdüldüyü, ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlər nəticəsində ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi sahəsində görülmüş işlərdən danışıb.

Nazir Azərbaycanın zəngin təbiətini, təbii sərvətlərini qorumaq və bərpa etmək istiqamətində başlanmış işlərin uğurla davam etdirildiyini, bu istiqamətdə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni layihələrin həyata keçirildiyini, ekoloji problemlərin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların da cəlb olunmaqla dövlətin müəyyənləşdirdiyi ekoloji siyasətin reallaşdırıldığını qeyd edib.

Tədbirdə təhsil sahəsində Ekologiya və torpaqşünaslıq, Coğrafiya, Kimya, Biologiya və Geologiya fakültələrinin xüsusilə fərqlənən tələbələri Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib və mükafatlandırılıblar.

Xəbər lenti

Xəbər lenti