Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Ağsu rayonuna yeni polis rəisi təyin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Samux rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Bahadur Şükürov Ağsu payon polis şöbəsinə rəis təyin edilib.
Ağsu rayon polis şöbəsinin rəisi Hatəm Hacıyev bir müddət əvvəl vəzifəsindən azad edilərək, Nizami Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinə rəis təyin olunub.