...

Azərbaycanlı gənclər Şimali Kiprdə təlsil almağa göndəriləcək

Cəmiyyət Materials 17 Oktyabr 2011 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir T.Hacıyev/

Gəncədən olan 10 nəfər gənc Dünya Gənclər Bankı Şəbəkəsinin (DGBŞ) hesabına Şimali Kipr Türk Respublikasında təhsil almağa göndəriləcək.

Trend-in məlumatına görə, DGBŞ sədri Vüsalə Hüseynova Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşü zamanı 2011-2012-ci tədris ili üçün bankın hesabına Gəncə şəhərindən olan 10 nəfərə yaxın gəncin təhsil alması üçün Şimali Kipr Türk Cumhuriyyətinə göndərilməsi ilə bağlı təklif verib. İcra başçısı bu təklifi məmnunluqla qarşılayıb.

Daha sonra ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə Gəncə şəhərində keçiriləçək tədbirlərdə Dünya Gənclər Bankı Şəbəkəsi MDB ölkələri üzrə Regional Ofisi ilə əməkdaşlıq edilməsi məsələləri barədə də fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti