...

Xroniki stress anaların qız doğmaq şansını artırır

Cəmiyyət Materials 19 Oktyabr 2011 11:45 (UTC +04:00)
Mayalanma zamanı xroniki stress vəziyyətində olan qadınların qız doğmaq şansı daha çoxdur. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS agentliyi xəbər verir.
Xroniki stress anaların qız doğmaq şansını artırır

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Mayalanma zamanı xroniki stress vəziyyətində olan qadınların qız doğmaq şansı daha çoxdur. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS agentliyi xəbər verir.

338 qadın arasında araşdırma aparan Britaniyanın Oksford Universitetinin alimləri bu qənaətə gəliblər.

Araşdırma iştirakçılarında iki hormonun - xroniki stressin göstəricisi olan kortizolun və adrenalinin yüksək səviyyədə olduğunu sübut edən beta-amilazın göstəriciləri ölçülüb.

Eksperimentin keçirildiyi dövrdə iştirakçılar 58 oğlan və 78 qız uşağı dünyaya gətiriblər. Bununla yanaşı, kartizolun yüksək səviyyəsinə malik qadınların 50 faizi daha çox qız uşağı dünyaya gətiriblər. Tədqiqatçılar hesablayıblar ki, bu təcrübədən keçənlərin qız doğmaq şansları 75 faiz çox olub. Amma gələcək körpənin ehtimal edilən cinsi ilə adrenalinin səviyyəsi (qısamüddətli hislərin göstəricisi) arasında qarşılıqlı əlaqə aşkar olunmayıb.

Pul çətinlikləri, ər və ya tərəfdaşla münasibətlərdəki problemlərin doğurduğu stress vəziyyətində olan qadınlar daha çox qız uşaqları dünyaya gətirirlər. Bu stressin səbəbi müharibə və ya təbii fəlakət kimi fövqəladə vəziyyətlər də ola bilər.

Xəbər lenti

Xəbər lenti