...

Azərbaycandakı bütün orta məktəblər yüksəksürətli internetlə təmin ediləcək

Cəmiyyət Materials 19 Oktyabr 2011 12:56 (UTC +04:00)
Azərbaycandakı bütün orta məktəblərin informasiya-kommunikasiya texnologiyaları və yüksəksürətli internetlə təmin edilməsi nəzərdə tutulur.
Azərbaycandakı bütün orta məktəblər yüksəksürətli internetlə təmin ediləcək

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycandakı bütün orta məktəblərin informasiya-kommunikasiya texnologiyaları və yüksəksürətli internetlə təmin edilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu çərşənbə günü təhsil nazirinin müavini Qulu Novruzov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu işlərin "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilməsi planlaşdırılır.

Nazir müavini bildirib ki, bu işlər yalnız Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun məktəblərində aparılmır. Məktəblərin informasiya-kommunikasiya texnologiyaları və yüksəksürətli internetlə təmini üçün hazırda həm də paytaxtdan kənar ərazilərdə, kənd rayonlarında iş aparılır.

Novruzov Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən yaradılmış portala qoşulan və onun resurslarından istifadə edən məktəblərin sayının artdığını qeyd edib.

Hazırda Azərbaycanda 4500-dən çox orta məktəb var.

Xəbər lenti

Xəbər lenti