...

Bakıda son 3 ildə tikiləcək çoxmərtəbəli müasir parklanmanın sayı açıqlanıb

Cəmiyyət Materials 23 Oktyabr 2011 16:35 (UTC +04:00)
Bakıda son üç ildə 250 çoxmərtəbəli yeraltı və yerüstü müasir parklanma yerinin tikintisi nəzərdə tutulub. Bu barədə bazar günü Trend-ə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bakıda son 3 ildə tikiləcək çoxmərtəbəli müasir parklanmanın sayı açıqlanıb

Azərbaycan, Bakı, 23 oktyabr / Trend müxbir T.Hacıyev/

Bakıda son üç ildə 250 çoxmərtəbəli yeraltı və yerüstü müasir parklanma yerinin tikintisi nəzərdə tutulub. Bu barədə bazar günü Trend-ə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Artıq yeraltı və yerüstü dayanacaqların tikilməsi istiqamətində işlərə başlanılıb. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "Azadlıq" meydanında ikimərtəbəli yeraltı dayanacağın inşası aparılır.

Məlumata görə, şəhərin digər yerlərində də avtomobillərin parklanması üçün dayanacaqların tikintisi planlaşdırılır. Şəhərin görünüşünə xələl gətirməmək məqsədi ilə mərkəzi hissədə əsasən yeraltı, şəhərin girişlərində isə yeraltı və mümkün olan yerlərdə yerüstü dayanacaqların tikilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti