...

Azərbaycanda hər il donorların sayı 6-7 min nəfər artır

Cəmiyyət Materials 27 Oktyabr 2011 13:39 (UTC +04:00)
Azərbaycanda donorların sayı ildən-ilə artır. Bunu cümə axşamı Trend-ə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyev deyib.
Azərbaycanda hər il donorların sayı 6-7 min nəfər artır

Azərbaycan, Bakı, 27 oktyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda donorların sayı ildən-ilə artır. Bunu cümə axşamı Trend-ə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyev deyib.

O bildirib ki, hər il ölkədəki donorların sayı 6-7 min, hər ay isə 600-700 nəfər artır. Bu ilin sonuna qədər Azərbaycanda donorların sayının 60 min nəfər olacağı gözlənilir. Onların arasında həm könüllü qanvermə aksiyalarında iştirak edən, həm də Mərkəzi Qan Bankında qan verən donorlar var.

Hacıyev deyib ki, qan verənlərin 50 faizi qanvermə aksiyalarında, 50 faizi isə Qan Bankında qan verir. Tədarük olunan qan cərrahiyyə, travmatologiya, mamalıq-ginekologiyada, qan xəstəliyi zamanı istifadə edilir.

Hacıyevin sözlərinə görə, ölkədə irsi qan xəstələrinin qana daim ehtiyacı yaranır. Buna görə də həmin xəstələr daim institutun nəzarəti altında olur.

Xəbər lenti

Xəbər lenti