...

Azərbaycanda şagirdlər də kredit sistemi ilə netbuklar əldə edə biləcəklər

Cəmiyyət Materials 28 Oktyabr 2011 15:49 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi və "İntel" korporasiyasının birgə təşəbbüsü olan "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində şagirdlər kredit sistemi ilə netbuklar əldə edə biləcəklər.
Azərbaycanda şagirdlər də kredit sistemi ilə netbuklar əldə edə biləcəklər

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Yaxın zamanlarda Azərbaycan Təhsil Nazirliyi və "İntel" korporasiyasının birgə təşəbbüsü olan "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində şagirdlər kredit sistemi ilə netbuklar əldə edə biləcəklər. Bu barədə cümə günü Trend-ə Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Elina Rzayeva məlumat verib.

O bildirib ki, "1 şagird - 1 kompüter" konkret göstərici kimi deyil, bir model kimi dünya miqyasında qəbul olunub. Bu model hər bir şagirdin daimi olaraq kompüter və internetə çıxışının olmasını nəzərdə tutur.

Rzayeva deyib ki, informasiya cəmiyyətində gələcək nəslin yetişdirilməsinə yönəlmiş bu model təhsilin informasiyalaşdırılması üzrə beynəlxalq siyasətin əsas prinsiplərini özündə birləşdirir.

Xəbər lenti

Xəbər lenti