...

Azərbaycanın bəzi ərazilərinə qar yağacaq

Cəmiyyət Materials 29 Oktyabr 2011 13:07 (UTC +04:00)
Azərbaycan ərazisində anomal hava şəraiti davam edir.
Azərbaycanın bəzi ərazilərinə qar yağacaq

Azərbaycan, Bakı, 29 oktyabr /Trend müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində anomal hava şəraiti davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, oktyabrın 30-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-10, gündüz 11-14 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Azərbaycanın rayonlarında oktyabrın 30-da arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə Lənkəran-Astara bölgəsində intensiv yağıntıların davam edəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti