...

Azərbaycanda avtoxuliqanlıq cinayət əməli hesab olunacaq

Cəmiyyət Materials 31 Oktyabr 2011 13:32 (UTC +04:00)
Azərbaycanda avtoxuliqanlığın cinayət əməli kimi qanunvericiliyə daxil edilməsi ilə bağlı Pamentə müraciət edilib.
Azərbaycanda avtoxuliqanlıq cinayət əməli hesab olunacaq

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda avtoxuliqanlığın cinayət əməli kimi qanunvericiliyə daxil edilməsi ilə bağlı Parlamentə müraciət edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov Trend-ə bildirib ki, avtoxuliqanlığın cinayət əməli kimi Cinayət Məcəlləsinə daxil edilməsi ilə bağlı Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası təkliflə qanunverici orqana müraciət edib.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, avtoxuliqanlıq inzibati xəta hesab olunur və bu xətaya görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, 400 manatdan 600 manatadək miqdarda cərimə edilir.

Yaxud həmin şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, on günədək inzibati həbs tətbiq olunur.

Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla, 600 manatdan 800 manatadək miqdarda cərimə edilir.

Yaxud da nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.

Əksər ekspertlər avtoxuliqanlığın cinayət əməli kimi qəbul olunmasını zəruri sayır.

Onlar hesab edirlər ki, avtoxuliqanlığa görə inzibati məsuliyyətə cəlb edilən şəxslərə məhkəmələr tərəfindən aşağı həddə inzibati həbs seçilir və bu cəza da effektli nəticə vermir.

Xəbər lenti

Xəbər lenti