...

Azərbaycanda uşaq forumunun keçirilmə tarixi açıqlanıb

Cəmiyyət Materials 31 Oktyabr 2011 14:52 (UTC +04:00)
Azərbaycanda uşaq hüquqları ilə bağlı II Uşaq Forumu noyabrın 16-da keçiriləcək. Bu barədə Trend-ə bazar ertəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.
Azərbaycanda uşaq forumunun keçirilmə tarixi açıqlanıb

Azərbaycan, Bakı, 31 oktyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda uşaq hüquqları ilə bağlı II Uşaq Forumu noyabrın 16-da keçiriləcək. Bu barədə Trend-ə bazar ertəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Açılış mərasimindən sonra Forum yeddi - "Bütün uşaqlar üçün bərabər hüquqlar", "Yeni təhsil standartları", "Asudə vaxtımızı səmərəli keçirək", "Ətraf mühiti qoruyaq", "Qarabağ həqiqətləri uşaqların dili ilə", "Vətəni sevək və ona layiq olaq", "Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin məsuliyyəti" - paneldə davam edəcək.

Forumda ölkənin bütün rayonları təmsil olunacaqlar.

Azərbaycanda I Uşaq Forumu 2009-cu ilin noyabrında keçirilib.

Xəbər lenti

Xəbər lenti