...

Trend.az: 24 milyondan artıq səhifə oxunub

Cəmiyyət Materials 1 Noyabr 2011 12:06 (UTC +04:00)
2011-ci ilin yanvar-oktyabrında Trend Beynəlxalq İnformasiya Asgentliyinin www.Trend.Az saytına baxışların sayı ötən ilin analoji dövründəki 15,23 milyona qarşı 24,8 milyon səhifəni ötüb.
Trend.az: 24 milyondan artıq səhifə oxunub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 noyabr / Trend/

2011-ci ilin yanvar-oktyabrında Trend Beynəlxalq İnformasiya Asgentliyinin www.Trend.Az saytına baxışların sayı ötən ilin analoji dövründəki 15,23 milyona qarşı 24,8 milyon səhifəni ötüb.

Google Analytics xidmətinin məlumatına görə, bu dövr ərzində səhifələrə baxışların orta sayı 2010-cu ilin yanvar-oktyabrındakı 50 minə qarşı sutka ərzində təxminən 83 min təşkil edib.

2011-ci ilin oktyabrında saytlara baxışların sayı 79 min orta sutkalıq göstərici ilə təxminən 2,46 milyon səhifə təşkil edib.

2011-ci ilin yanvar-oktyabrında Trend BİA-nin saytına daxilolmalar 7,437 milyonu ötüb ki, bu da 2010-cu ilin analoji dövründəkindən 5,49 faiz çoxdur.

1995-ci ildə Azərbaycanda yaradılmış Trend özəl informasiya agentliyi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsüdür. Trend Xəzəryanı region, Qafqaz və Mərkəzi Asiya ölkələrinin siyasəti və iqtisadiyyatı haqqında etibarlı və operativ xəbər mənbəyi kimi tanınıb .

Moody's International Trend -a xəbərlərin və analitik məqalələrin, eləcə də video-foto materialların istehsalı və yayımlanmasına dair sertifikat verib. Şirkət TREND-in idarəetmə sisteminin ISO 9001-2000 tələblərinə cavab verdiyini təsdiq edib.

2010-cu ildə Trend Asiya və Sakit Okean ölkələri informasiya agentlikləri Təşkilatına (OANA) üzv seçilib.

Trend gün ərzində beş dildə - Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində 600-ə yaxın xəbər dərc edir.

Trend gündəlik iqtisadi məlumat bülleteni, "Trend Oil and Gas" gündəlik nəşrini dərc edir. Orada Xəzər və Mərkəzi Asiyanın neft-qaz bazarları işıqlandırılır. "Trend Transport" regionun nəqliyyat sektorunun xülasəsidir. "Trend Weekly Business Report" və "Trend Monthly Business Report" ölkə iqtisadiyyatının makroiqtisadi göstəricilərinin xülasəsi, "Trend Finances" ixtisaslaşmış nəşri maliyyə sektorunun məlumat xülasəsi, "Iran Economy Review" - İranın makroiqtisadi xülasəsidir.

Trend-in xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət strukturları , dünyanın iri kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzlər var.

Xəbər lenti

Xəbər lenti