...

Azərbaycanda müdafiə sənayesi sahəsi ilə bağlı yeni ixtisaslar təsdiq edilib

Cəmiyyət Materials 2 Noyabr 2011 11:21 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nı təsdiq edilb.
Azərbaycanda müdafiə sənayesi sahəsi ilə bağlı yeni ixtisaslar təsdiq edilib

Azərbaycan, Bakı, 2 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nı təsdiq edilb.

Nazirlər Kabinetindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bununla bağlı təkliflər "Təhsil haqqında" qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən, "Azərbaycan Respublikası müdafiə sənayesi kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması haqqında" Nazirlər Kabinetinin 2011-ci il 7 iyun tarixli 91 nömrəli qərarının icrasının təmin edilməsi məqsədi ilə Təhsil, Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə Sənayesi nazirlikləri tərəfindən hazırlanıb.

Qərara görə, bakalavriat səviyyəsi üzrə Silah və silah sistemlərinin istehsal texnologiyası, optotexnika, pirotexniki vasitələrin texnologiyası; çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri; kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı; informasiya təhlükəsizliyi üzrə kadrlar hazırlanacaq. Magistratura səviyyəsi üzrə isə silah və silah sistemlərinin istehsal texnologiyası; atıcı, artilleriya və raket silahlarının istehsal texnologiyası; döyüş sursatları və məhvedici vasitələrin istehsal texnologiyası;
hərbi texnikanın layihələndirilməsi, istehsalı və sınağı; lazer texnikası və texnologiyası; optik materiallar, optik-elektron cihazlar və sistemlər; çoxkanallı radiorele və troposfer rabitənin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri, ifrat yüksək tezliklər texnikası, hərbi rabitə vasitələri, radioelektron mübarizə və kəşfiyyat vasitələri; Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı, metal əsaslı kompozisiya materiallarından hərbi təyinatlı məmulatların istehsalı, qeyri-metal əsaslı kompozisiya materiallarından hərbi təyinatlı məmulatların istehsalı, pirotexniki vasitələrin texnologiyası, barıtların və bərk raket yanacaqlarının kimya texnologiyası, partlayıcı məmulatların texnologiyası; informasiya təhlükəsizliyi, məlumatların mühafizəsinin təşkili, məhdud girişli informasiyanın qorunması; Hərbi və dövlət müdafiəsini idarəetmə, şəxsi heyətin idarə edilməsi, hərbi idarəetmə (əməliyyat-faktiki səviyyə), dövlət müdafiəsini idarəetmə (strateji səviyyə) üzrə kadrlar hazırlanacaq.

Bu ixtisaslara aldıqları ixtisasdan asılı olmayaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə xidmət edən ali təhsilli zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının qəbul şərtlərinə uyğun olaraq magistraturaya qəbul oluna bilərlər.

Xəbər lenti

Xəbər lenti