...

Berti Foqtsun baş məşqçi postundakı taleyinə İcraiyyə Komitəsinin iclasında aydınlıq gətiriləcək - AFFA prezidenti

Cəmiyyət Materials 3 Noyabr 2011 22:17 (UTC +04:00)
Berti Foqtsun baş məşqçi postundakı taleyinə İcraiyyə Komitəsinin iclasında qərar veriləcək.
Berti Foqtsun baş məşqçi postundakı taleyinə İcraiyyə Komitəsinin iclasında aydınlıq gətiriləcək - AFFA prezidenti

Azərbaycan, Bakı, 3 noyabr / Trend müxbir M.Əliyev/

Berti Foqtsun baş məşqçi postundakı taleyinə İcraiyyə Komitəsinin iclasında qərar veriləcək.

Trend-in məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev cümə axşamı jurnalistlərə bildirib ki, İcraiyyə Komitəsinin iclası çağırılacaq və müvafiq qərar qəbul ediləcək.

"Biz hələ qərar verməmişik, Berti Foqtsla da danışmamışıq", - Abdullayev deyib.

AFFA prezidenti ötən mərhələ üçün Foqtsun başçılığı altında Azərbaycan yığmasının normal futbol sərgilədiyini bildirib. "Avropa çempionatının seçmə mərhələsini keçmək üçün gərək futbol inkişaf etsin. 12 klubunun oyunçularının yarısı yüksək səviyyəli futbolçular olsunlar", - o deyib.

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi, alman mütəxəssis Berti Foqts ötən həftə Almaniyanın "Frankfurter Allgemeine" qəzetinə müsahibəsində cari ilin sonunda vaxtı bitən müqaviləsini uzatmayacağını deyib.

Xəbər lenti

Xəbər lenti