...

Azərbaycanda hava kəskin soyuyacaq

Cəmiyyət Materials 4 Noyabr 2011 13:25 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində hava kəskin soyuyacaq.
Azərbaycanda hava kəskin soyuyacaq

Azərbaycan, Bakı, 4 noyabr / Trend müxbir İ.İsabalayeva/

Sabah Azərbaycan ərazisində hava kəskin soyuyacaq.

Noyabrın 6-dan 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin soyuq keçəcəyi, şiddətli şimal küləyinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Bakı və Abşeron yarımadasında noyabrın 5-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 5-də hava şəraitinin gecə və səhər bəzi yerlərdə dumanlı, az yağışlı olacağı gözlənilir. Lakin həmin gün axşam şimal və qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 13-18 dərəcə, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 5-10 dərəcə şaxta təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti