Azərbaycan, Bakı, 4 noyabr / Trend müxbir T.Cəfərov/
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami Azərbaycan hökumətini və xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Bu barədə İranın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumatda deyilir.
Bəhrami təbrikində müsəlmanların qəlblərini yaxınlaşdıran və İslam dininin böyük bayramı olan Qurban bayramı münasibətilə qardaş Azәrbaycan xalqına və hökumətinə әn xoş arzu vә dilәklәrini ifadә etmәkdәn mәmnunluğunu bildirib.