...

"Neftçi"nin oyunçusu Rəşad Abdullayev cəzalandırılıb

Cəmiyyət Materials 10 Noyabr 2011 12:44 (UTC +04:00)
"Neftçi" peşəkar futbol klubunun oyunçusu Rəşad Abdullayev klubun daxili intizam kodeksini pozduğuna görə cəzalandırılıb. Bununla bağlı qərar PFK-nın iclasında qəbul edilib. Bu barədə Trend-ə klubdan məlumat verilib.
"Neftçi"nin oyunçusu Rəşad Abdullayev cəzalandırılıb

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

"Neftçi" peşəkar futbol klubunun oyunçusu Rəşad Abdullayev klubun daxili intizam kodeksini pozduğuna görə cəzalandırılıb. Bununla bağlı qərar PFK-nın iclasında qəbul edilib. Bu barədə Trend-ə klubdan məlumat verilib.

"Klub rəhbərliyinin qərarına hörmətlə yanaşıram. "Xəzər Lənkəran"la oyunda baş verən hadisəyə görə üzgünəm və çalışacağam ki, bir daha belə hallar olmasın", - yarımmüdafiəçi klubun rəsmi saytına bildirib.

İclasda Unibank Premyer Liqasının XII turunun "Neftçi" - "Xəzər Lənkəran" matçında baş verən olaylar müzakirə edilib.

Premyer Liqada II dövrənin I turu çərçivəsində "Xəzər-Lənkəran" klubu Bakının "Neftçi" komandasına böyük top fərqi ilə (5:0) uduzub.

Bir müddət əvvəl Lənkəran təmsilçisi "böyük oyun"da hakim səhvi ilə bağlı açıqlama yayıb.

"Matçın 5-ci dəqiqəsində hakimin kobud səhvi ilə nəticələnən epizod baş verib. Meydan sahiblərinin "27" nömrəli futbolçusu Rəşad Abdullayevlə "Xəzər Lənkəran"ın müdafiəçisi Şəhriyar Xəlilovun top uğrunda mübarizəsi zamanı "Neftçi" klubunun futbolçusu topu itirərək, heç bir səbəb olmadan gənc futbolçunun üzünə sillə vurur. Bundan sonra hərəkətini ört-basdır etmək məqsədilə Abdullayev yerə uzanaraq ona qarşı kobudluq olduğunu nümayiş etdirir. Oyunun baş hakimi Elnur Muradov isə bu epizodda tamamilə yanlış qərar çıxararaq "Xəzər Lənkəran"ın qapısına doğru şübhəli cərimə zərbəsi təyin edir, heç bir mübahisəsiz qırmızı vərəqə almalı olan Abdullayev isə ümumiyyətlə heç bir xəbərdarlıq belə almır. Həmin cinahda olan yan xətt hakimi də bu epizoda heç bir münasibət bildirmir", - açıqlamada qeyd olunub.

Xəbər lenti

Xəbər lenti