...

Azərbaycan Parlamentinin deputatı sevgidən danışdı

Cəmiyyət Materials 10 Noyabr 2011 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Parlamentinin deputatı Qənirə Paşayevanın "Onun sevgi məktubları" adlı epistolyar romanının təqdimatı keçiriləcək.

Trend-in məlumatına görə, noyabrın 19-da saat 15:00-da Park Bulvar-da "Əli və Nino" kitab dükanları şəbəkəsinin satış məntəqəsində millət vəkili Qənirə Paşayevanın yeni kitabının təqdimat mərasimi baş tutacaq. "Onun sevgi məktubları" adlı epistolyar roman Paşayevanın yazdığı ilk bədii əsərdir.

"Onun sevgi məktubları" Azərbaycanın müasir ədəbiyyatında epistolyar janrda yazılmış azsaylı əsərlərdən biridir. Real hadisələr üzərində qurulmuş romanda yer alan məktubların mətni də kitabda nağıl olunan sevgi hekayəti qədər gerçəkdir. Oxuyacağınız hekayəti bədii təhkiyə və xırda müdaxilələrlə oxuculara çatdıran müəllif Qənirə Paşayeva hadisələrin yazarı olmaqla yanaşı, həm də gerçək iştirakçılarından, qəhrəmanlarından biridir.

Təqdimat mərasimində müəllif də iştirak edəcək və oxucular üçün kitablarını imzalayacaq. Həmçinin, təqdimat mərasimində oxucular müəllifin indiyə qədər yazdığı kitabları da əldə edə bilərlər. Müəllifin imzası ilə kitabı əldə etmək istəyən hər kəs təqdimatda iştirak edə bilər.

Xəbər lenti

Xəbər lenti