...

Azərbaycanda meteohəssas insanlara xəbərdarlıq edilib

Cəmiyyət Materials 10 Noyabr 2011 14:54 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti günlərdə gözlənilən hava şəraiti ilə əlaqədar meteohəssas insanlara xəbərdarlıq edir.
Azərbaycanda meteohəssas insanlara xəbərdarlıq edilib

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti günlərdə gözlənilən hava şəraiti ilə əlaqədar meteohəssas insanlara xəbərdarlıq edir.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, noyabrın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq. Amma noyabrın 12-də hava şəraitinin təzadlı dəyişməsi, gündüz güclü xəzri küləyi fonunda soyuq və rütubətli meteoroloji şərait meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Bakıda və Abşeron yarımadasında noyabrın 11-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşama doğru buludluluğun artacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5 dərəcə, gündüz 8-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında az yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 12-17 dərəcə şaxta təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti