...

Azərbaycanda Türkiyə vətəndaşı dəm qazından zəhərlənib

Cəmiyyət Materials 12 Noyabr 2011 13:11 (UTC +04:00)
Noyabrın 11-də Azərbaycanda 3 nəfər dəm qazından zəhərlənib.
Azərbaycanda Türkiyə vətəndaşı dəm qazından zəhərlənib

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Noyabrın 11-də Azərbaycanda 3 nəfər dəm qazından zəhərlənib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, noyabrın 11-də Nəsimi rayonu ərazisində yaşayan Türkiyə vətəndaşı Menikşə Gezgin, Gəncə şəhər sakini Rəqsanə Məmmədova və Abşeron rayonu Saray qəsəbə sakini 15 yaşlı Sara Budaqova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Menikşə Gezgi və Sara Budaqovanın vəziyyəti orta-ağır, Rəqsanə Məmmədovanın vəziyyəti isə ağırdır.

Noyabrın 10-da Azərbaycanda 8 nəfər dəm qazından zəhərlənib.

Xəbər lenti

Xəbər lenti